"Real" baş məşqçisi Alvaro Arbeloa ilə yollarını ayıracaq.
Publika.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri klubdaxili anonim mənbələrə istinadən məlumat yayıb.
Madrid klubu Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Bayern”ə məğlub olub olaraq (3:4, 1:2) turnirdən kənar qalıb.
Arbeloanın bu nəticədən sonra vəzifəsini itirəcəyi ehtimal olunur. Bununla belə qeyd olunur ki, rəhbərlik belə bir qərarı yalnız mövsüm başa çatdıqdan sonra verəcək.