AZ

Pentaqon Kubada mümkün əməliyyata hazırlaşır – “USA Today”


Pentaqon Kubada mümkün hərbi əməliyyata hazırlıqlara başlamaq üçün göstəriş verib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “USA Today” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Onların məlumatına görə, hazırlıqlar ABŞ Prezidenti Donald Trampın ada dövlətinə mümkün hücum əmri fonunda həyata keçirilir.
Belə ki, 13 apreldə Tramp İranla bağlı vəziyyət həll edildikdən sonra ABŞ-nin Kubaya da “nəzər salacağını” bildirib.
ABŞ lideri həmçinin dəfələrlə Venesuelanın Vaşinqtonun təzyiqi altında ada ölkəsinə neft tədarükünü dayandırmasından sonra Kuba hökumətinin və iqtisadiyyatının çökməyə yaxın olduğunu iddia edib.
Seçilən
9
yeniavaz.com

1Mənbələr