AZ

“BakuBus” avtobusunda tüstülənmə oldu Video

ain.az, Qafqazinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Bakının Yasamal rayonu, “Statistika dairəsi”nin yaxınlığında “BakuBus” avtobusunda tüstülənmə olub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Dayanacaqda qəfil tüstülənən avtobusu sürücü və sərnişinlər tərk ediblər.

Məsələ ilə əlaqədar “BakuBus” MMC-dən sorğumuza cavab olaraq bildirilib ki, hadisə avtobusun mühərrikində yaranan nasazlıq səbəbindən baş verib: “BakuBus” MMC-nin istismarında olan 17 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobusların birində nasazlıq halı qeydə alınıb. Nasazlığın yaranmasına səbəb mühərrikin soyutma sisteminə aid boru xəttində yağ sızması və yüksək temperaturun təsiri ilə buxarlanmanın baş verməsi olub. 

Sərnişinlər operativ şəkildə avtobusdan düşürülərək digər ehtiyat avtobusa yönləndirilib və marşrutun hərəkət qrafiki qısa müddətdə bərpa edilib.

Bildiririk ki, sərnişinlərin təhlükəsizliyinin təmin edilməsi “BakuBus” MMC-nin fəaliyyətində əsas prioritet istiqamətlərdən biridir və bu istiqamətdə bütün zəruri tədbirlər davamlı olaraq həyata keçirilir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
4
qafqazinfo.az

10Mənbələr