AZ

Türkiyədə məktəbə silahlı basqınla bağlı saxlanılanların sayı artdı

Türkiyənin Şanlıurfa bölgəsinin Siverek rayonunda orta məktəbə silahlı basqınla bağlı saxlanılanların sayı 16-ya çatıb

Qaziler.az bildirir ki, bu barədə TRT-Haber xəbər verir.

Şanlıurfanın Siverek rayonunda Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyinə silahlı hücumla bağlı 16 şübhəli saxlanılıb.

Təhlükəsizlik Baş İdarəsi (EGM) Şanlıurfada orta məktəbə silahlı hücumla bağlı açıqlama yayıb.

 

EGM-in sosial media hesabında yerləşdirilmiş bəyanatda deyilir:

 

"Şanlıurfa vilayətinin Siverek rayonundakı Ahmet Koyuncu Peşə və Texniki Anadolu Liseyində aprelin 14-də baş verən silahlı hücumla bağlı aparılan araşdırmalar çərçivəsində 16 şübhəli nəzarətə götürülüb. Şübhəlilər haqqında proses davam edir."

Seçilən
19
qaziler.az

1Mənbələr