AZ

Tramp Livan-İsrail danışıqlarının anonsunu verib

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp İsraillə Livan arasında atəşkəsdanışıqlarının anonsunu verib.

Trend xəbər verirki, Ağ Ev rəhbəri bu barədə öz “Truth Social” sosial şəbəkəhesabında məlumat paylaşıb.

“İsraillə Livan arasında kiçik tənəffüs yaratmağa çalışırıq. İkiölkə liderinin bir-biri ilə sonuncu dəfə danışmasından uzun müddət– 34 ilə yaxın vaxt keçib. Bu sabah baş verəcək. Əla!”,- deyə Trampyazıb.

Xatırladaq ki, ötən həftə İsrail Baş naziri Benyamin Netanyahuhökumətə Livanla ən qısa zamanda birbaşa danışıqlarınbaşlanılmasına dair göstəriş vermişdi.

Livan (Hizbullah) – İsrail münaqişəsinin hazırkı mərhələsi 2martdan etibarən yenidən alovlanıb və toqquşmalar 28 fevraldaABŞ-İsrailin İrana qarşı başladığı müharibədən sonra "Hizbullah"ınİsrailə raket hücumları ilə genişlənib.

Son məlumatlara görə, İsrailin genişmiqyaslı hava və quruəməliyyatları nəticəsində Livanda 2 mindən çox insan həlak olub, 1milyondan çox insan köçkün düşüb. İsrail isə minlərlə "Hizbullah"döyüşçüsünün zərərsizləşdirildiyini bildirir. "Hizbullah" isəİsrailə minlərlə raket və PUA hücumu həyata keçirib.

Məqalədə:
Seçilən
24
az.trend.az

1Mənbələr