AZ

BBC də kütləvi ixtisar

ain.az bildirir, 525.az portalına istinadən.

Böyük Britaniyanın BBC teleradiokompaniyasının 2 min əməkdaşı ixtisar ediləcək.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu, son 15 ildə ən böyük ixtisardır.

Artıq, dünən ixtisara düşən əməkdaşlara sms vasitəsilə bildiriş göndərilib. Rəhbərlik hansı kateqoriyadan olan əməkdaşların işdən çıxarılması barədə şərh verməyib. 

Sözügedən qərarın qarşıdakı 3 ildə maliyyə xərclərini 10 faiz azaltmaq üçün atıldığı bildirilir. Başqa sözlə, 500 milyon funt-sterlinqə qənaət olunacaq. 

Qeyd edək ki, 2011-ci ildə də BBC eyni vaxtda 2 min əməkdaşı ilə yollarını ayırmışdı. Bundan başqa 2020-ci ildə 500, 2022-ci ildə isə 1000 nəfər işindən olmuşdu.

L.Tağıyeva

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
11
525.az

1Mənbələr