AZ

Naxçıvanda dövlət əmlakının icarəsindən büdcəyə daxilolmalar 60,1 faiz artıb

Naxçıvan, 15 aprel, AZƏRTAC

Cari ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 84 yeni icarə müqaviləsi bağlanılıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, bunlardan 57-si qeyri-yaşayış, 27-si isə torpaq sahələrinə dair olub. 64 müqavilənin isə müddəti uzadılıb.

Yanvar-mart ayları ərzində qüvvədə olan müqavilələr üzrə dövlət büdcəsinə qeyri-yaşayış və torpaq sahələrinin icarəsindən ümumilikdə 262 min manat vəsait ödənilib. Ötən üç ayda dövlət büdcəsinə daxilolmalar 2025-ci ilin eyni dövrü ilə müqayisədə 60,1 faiz artıb.

Müxbir- Nail Əsgərov

Seçilən
44
azertag.az

1Mənbələr