AZ

Daha bir supertanker ABŞ-ın blokadasını yardı

ABŞ sanksiyaları altında olan ikinci supertanker Hörmüz boğazından keçərək Fars körfəzinə daxil olub.

Publika.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi gəmiçilik monitorinq məlumatlarına istinadən məlumat verib.

“Kpler”in məlumatına görə, çərşənbə günü iki milyon barelə qədər neft daşıya bilən boş “RHN VLCC” supertankeri boğazdan keçib. Onun sonrakı marşrutu hələ müəyyən edilməyib.

Daha əvvəl İran mediası ABŞ sanksiyaları altında olan başqa bir supertankerin elan edilmiş məhdudiyyətlərə baxmayaraq İranın “İmam Xomeyni” limanına getdiyini bildirmişdi.

Seçilən
22
publika.az

1Mənbələr