AZ

ABŞ İran gərginliyində ETİRAF: Müttəfiqləri Vaşinqtonu yarı yolda buraxdı

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Uolts bildirib ki, ABŞ-nin İrana qarşı əməliyyatına kömək etməkdən imtina edən müttəfiqlərin bu addımı Vaşinqtonla münasibətlərə təsir göstərəcək.

Sherg.az xəbər verir ki, diplomatın sözlərinə görə, ABŞ müttəfiqlərdən quru qoşunlarının cəlb olunmasını tələb etməyib, yalnız hava əməliyyatları üçün uçuş icazəsi verilməsi və öz hərbi bazalarının istifadəsinə icazə istənilib.

“Bu cür müraciətləri ədalətsiz hesab etmirəm və bu, şübhəsiz ki, gələcək münasibətlərə təsir edəcək”, - deyə Uolts ABŞ Senatında keçirilən dinləmələr zamanı bildirib.

O həmçinin iddia edib ki, amerikalıların əksəriyyəti İrana qarşı əməliyyat fonunda ABŞ müttəfiqlərinin davranışını “qəzəbləndirici” hesab edir.

ABŞ Prezidenti Donald Tramp daha əvvəl bildirmişdi ki, NATO-nun İrana qarşı əməliyyatda Vaşinqtona kömək etməməsindən sonra ölkənin alyansdan çıxmasını ciddi şəkildə nəzərdən keçirir. O, müttəfiqlərin bu mövzuda reaksiyasını “silinməz ləkə” adlandırıb və ABŞ-nin köməyə ehtiyac duymadığını, NATO ölkələrinin isə, onun sözlərinə görə, əslində kömək etməmək üçün hər şeyi etdiyini vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
sherg.az

1Mənbələr