UEFA-nın mətbuat xidməti Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyunlarının yekunlarına əsasən həftənin ən yaxşı futbolçusu adına namizədləri açıqlayıb.
Publika.az xəbər verir ki, namizədlər “Barselona”dan Dani Olmo, “Bayern”dən Maykl Olise, PSJ-nin hücumçusu Usman Dembele və “Arsenal”ın yarımmüdafiəçisi Martin Subimendi olub.
Olmo “Atletiko” ilə oyunda (2:1) məhsuldar ötürmə edib, Olise “Real”la qarşılaşmada (4:3) qələbə qolunu vurub, Dembele “Enfild”də “Liverpul”a qarşı matçda (2:0) dubl edib. Subimendi isə “Sportinq”lə görüşdə komandasının əsas fiqurlarından biri olub və komandasının yarımfinala çıxmasında pay sahibi olub.
Heybət