AZ

Rızayi: Atəşkəsin uzadılması İranın xeyrinə deyil

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

İranda Nizamın Məsləhətini Müəyyənləşdirmə Şurasının üzvü Mohsen Rızayi ABŞ ilə əldə olunan atəşkəsin uzadılmasının İranın xeyrinə olmadığını bildirib.

"Cebheinfo.az" xəbər verir ki, İran dövlət televiziyasına danışan Mohsen Rızayi gündəmlə bağlı sualları cavablandırıb.

Bunun tam mənada bir atəşkəs olmadığını, daha çox “hərbi səssizlik” kimi qiymətləndirilməli olduğunu deyən Rızayi bildirib: 

“Atəşkəsin uzadılması qəti şəkildə bizim xeyrimizə deyil. Bu, mənim şəxsi fikrimdir. Təzyiqlər ciddi şəkildə artırılmalıdır. Raket sistemlərimiz hazırda düşmən gəmilərinə tuşlanıb və istəsək, hamısını batıra bilərik”.

İslam İnqilabı Keşikçiləri Korpusunun keçmiş komandanı olan Rızayi qeyd edib ki, atəşkəsin real məna kəsb etməsi üçün bütün razılaşmaların yerinə yetirilməsi və İranın hüquqlarının təmin olunması vacibdir. 

Onun sözlərinə görə, bu məsələlərlə bağlı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına rəsmi bildiriş təqdim olunmalıdır.

Nigar Hacılı 

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
7
1
cebheinfo.az

2Mənbələr