AZ

Hollivud ulduzunun qırışları və saçı başına "bəla oldu" - FOTO

Hollivud aktrisası Kameron Dias son görüntülərinə görə sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Milli.Az-ın məlumatına görə, paparatsilərin lentə aldığı kadrlar marağa səbəb olub.

53 yaşlı ulduz Nyu-Yorkda "Fake" adlı romantik komediyanın çəkilişləri zamanı görüntülənib. Fotolarda onun qalın makiyaj etməsi və saçlarını səliqəsiz toplaması diqqət çəkib. Sosial şəbəkə istifadəçilərinin bir qismi isə aktrisanın görünüşünü tənqid edərək, onu yaşlı göründüyü və üzündəki qırışlara görə hədəfə alıb.

Bəzi izləyicilər sərt fikirlər səsləndirərək, onun daha yaxşı görünmək üçün günəşdən qoruyucu vasitələrdən istifadə etməli olduğunu qeyd ediblər. Digərləri isə aktrisanın görünüşünü bəyənməyərək, kəskin və tənqidi şərhlər yazıblar.

Xatırladaq ki, mart ayının sonlarında Kameron Diasın Stiven Merçant ilə birlikdə küçə çəkilişlərindən başqa görüntüləri də yayılmışdı. Həmin kadrlarda aktrisa daha sadə tərzdə və minimal makiyajla diqqət çəkmişdi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
7
1
milli.az

2Mənbələr