AZ

Böyük razılaşma yeni mərhələyə yol açdı - “Ən doğru strategiya budur”

"AZAL təyyarəsinin qəzaya düşməsinə görə kompensasiyanın ödənilməsi ilə bağlı razılığa gəlinməsi və məlum razılığın ikitərəfli bəyanat şəklində ifadə olunması son dərəcə təqdirəlayiq haldır".

Aktual.az xəbər verir ki, bu sözləri Musavat.com-a Demokratik Maarifçilik Partiyasının sədri, Milli Məclisin deputatı Elşən Musayev deyib.

Qanunverici orqanın təmsilçisi əldə olunan bu razılığın böyük önəmindən danışıb: "Bu, çox müsbət hadisədir və Azərbaycanla Rusiya arasındakı münasibətlərin gələcək inkişafı, qonşuluq münasibətlərinin daha da möhkəmlənməsi üçün ciddi önəm kəsb edir.

Əlbəttə, ən düzgün, ən doğru strategiya məhz budur: Qarşılıqlı hörmət, etimad və tərəflərin maraqlarının nəzərə alınması. Başqa cür ola bilməz və olmamalıdır da. Və hazırda sərgilənən yanaşma, müşahidə edilən mənzərə də o qənaəti hasil edir ki, artıq ikitərəfli münasibətlərin normallaşması üçün əhəmiyyətli addım atıldı və ölkələrin, xalqların mənafeyi naminə əməkdaşlığın yeni mərhələsinə qədəm qoyuldu.

Tanrı - qəzada həyatını itirən bütün həmvətənlərimizə qəni - qəni rəhmət eləsin.

Tanrı Azərbaycanı göz bəbəyi kimi qoruyan və milli maraqları hər şeydən üstün tutan ləyaqətli Prezidentimizi qorusun".

Seçilən
12
2
ulusum.az

3Mənbələr