AZ

Arda Gülər 35-ci saniyədə tarix yazdı

“Real Madrid”in yarımmüdafiəçisi Arda Gülər klub tarixində Çempionlar Liqasındakı ən erkən qolu vuran futbolçu olub.

Ölkə.az xəbər verir ki, futbolçu "Real Madrid"in səfərdə "Bayern Munih" ilə qarşılaşdığı oyunda diqqət mərkəzinə düşüb.

UEFA Çempionlar Liqasının 1/4 final cavab oyununda, Allianz Arenadə start heyətində yer alan Güler, oyununun cəmi 35-ci saniyəsində qol vurub.

Münhenlilərin qapıçısı Manuel Noyerin səhvindən yararlanan gənc futbolçu uzaqdan boş qapını dəqiq nişan alıb.

Qeyd edək ki,  matç 4:3 hesabı ilə Münhen təmsilçisinin xeyrinə başa çatıb.

Həmidə İbrahimova

Seçilən
11
1
olke.az

2Mənbələr