AZ

Ordubadda qaya uçub

Yağan güclü yağışlar nəticəsində Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Pəzməri kənd avtomobil yolunun 24-cü kilometrliyində yolun hərəkət hissəsinə qaya parçaları tökülüb.

SİA-nın bölgə müxbiri xəbər verir ki, hadisə baş verən andan yolda hərəkət məhdudlaşdırılıb. İlkin məlumata görə infrastruktura ciddi ziyan dəyib, ərazidən keçən qaz xətləri sıradan çıxıb. Hazırda ərazidə Naxçıvan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təmizləmə və bərpa işləri aparılır.

Qeyd edək ki, yolun bir istiqaməti nəqliyyat vasitələrinin hərəkəti üçün artıq açıqdır. Bərpa işlərinin gedişatına dair əlavə məlumat veriləcək.

Seçilən
2
1
sia.az

2Mənbələr