AZ

BAŞLANDI! Hörmüzdə ŞOK əməliyyat, İran ABŞ gəmilərini HƏDƏF ALDI – savaş BÖYÜDÜ – TV Musavat

ABŞ-nin Hörmüz boğazını blokadaya alması mövcud atəşkəs rejiminin pozulmasına səbəb ola bilər.

Teleqraf xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi açıqlamasında bildirib. Onun sözlərinə görə, Vaşinqtonun tətbiq etdiyi məhdudiyyətlər beynəlxalq hüququn pozulması kimi qiymətləndirilir.

Diplomat qeyd edib ki, gərginliyin daha da artacağı təqdirdə İran silahlı qüvvələri zəruri cavab addımları atmağa hazırdır: “Hörmüz boğazının blokadası təxribat xarakterli addımdır və bu, atəşkəs rejiminin pozulması ilə nəticələnə bilər”.

Məlumata görə, daha əvvəl Ağ Evin mətbuat katibi Kerolayn Levitt ABŞ-nin hələlik İrana atəşkəsin uzadılması ilə bağlı təklif irəli sürmədiyini açıqlayıb.

Qeyd edək ki, münaqişənin əvvəlindən Hörmüz boğazı İran tərəfindən bağlanmışdı. Aprelin 13-də isə ABŞ prezidenti Donald Trampın göstərişi ilə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına daxil olan və çıxan bütün gəmilərin blokadasına başlayıb.

Gündəmdəki bir çox xəbərləri bu gün saat 11.00-də aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Qonağımız hərbi ekspert Üzeyir Cəfərovdur. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Youtube səhifəsinin ünvanı: https://www.youtube.com/results?search_query=tv+musavat

Seçilən
15
musavat.com

1Mənbələr