Braziliyalı məşhur futbolçu Hulk qeyri-adi göstəricisi ilə diqqət çəkib.
Milli.Az xəbər verir ki, ölkə vaxtı ilə səhər saatlarında keçirilən "Tombense - Atletiko Mineiro" qarşılaşması yüksək temperatur şəraitində baş tutub. Matçı sonadək oynayan təcrübəli hücumçu fiziki baxımdan ciddi itki ilə üzləşib.
Klubun açıqladığı rəsmi məlumatlara görə, 39 yaşlı Hulk oyuna 97.7 kiloqram çəki ilə başlayıb, qarşılaşmadan sonra isə onun çəkisi 91.9 kiloqrama düşüb. Bu isə futbolçunun bir oyun ərzində təxminən 6 kiloqram çəki itirdiyini göstərir.
Bu fakt sosial mediada da geniş müzakirələrə səbəb olub və futbolçunun dözümlülüyü heyrətlə qarşılanıb.
Hüseyn
Milli.Az
Məqaləyə dair fotomateriallar: