AZ

Türkiyə siqareti tam qadağan etməyi düşünür Azərbaycanda müzakirə obyekti deyil

Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Türkiyədə tütün məhsullarına qarşı daha sərt məhdudiyyətlərin tətbiqi gündəmdədir. Hakim Ədalət və İnkişaf Partiyasının hazırladığı qanun layihəsinə əsasən, 2040-cı ilə qədər tütün məmulatlarından tam imtina hədəflənir. Layihədə bu prosesin mərhələli şəkildə həyata keçirilməsi, ilkin mərhələdə isə siqaret çəkilməsinin ictimai və açıq məkanlarda ciddi şəkildə məhdudlaşdırılması nəzərdə tutulur. Bu yanaşma cəmiyyət sağlamlığının qorunması baxımından mühüm addım kimi qiymətləndirilir.Milli Məclisin deputatı Arzuxan Əlizadə Demokrat.az-a açıqlamasında deyib ki, qardaş Türkiyə Respublikasında tütün məmulatlarına çox ciddi qadağaların qoyulması ilə bağlı qanun layihəsi hazırlanır:“Bu məsələ gündəmdədir və qanun layihəsi hakim Ədalət və İnkişaf Partiyasının Səhiyyə Nazirliyi ilə birgə koordinasiya olunmuş şəkildə hazırlanması deyilir. Və bu layihəyə əsasən, mərhələli şəkildə tütün məmulatlarının, siqaretin, eləcə də elektron siqaretin, tütün digər tütün daşıyıcı məmulatların tam olaraq satışı, alışı, ölkəyə gətirilməsi və bütövlükdə istifadəsi qadağan olunacaq. Və son mərhələli şəkildə son müddət isə 2040-cı ilin yanvarın biri nəzərdə tutulubdur. Hələ ki qanun layihəsi ilə bağlı müzakirələr gedir, ictimai müzakirələr aparılır və qanun layihəsinin hazırlanması ilə bağlı məlumatlar yalnız verilibdir. Gözlənilir ki, bu qanun layihəsi parlamentə təqdim olunacaq. Amma hansı formada təqdim olunacaq, tam siqaret məhsullarının istifadəsinə qadağa qoyulacaqmı ölkədə, bu da zamana bağlı məsələdir. Yəqin ki, qanun layihəsi təqdim olunandan sonra bununla bağlı konkret münasibət bildirmək olar. Türkiyədə bir neçə il bundan əvvəl qanun qəbul edilmişdi ki, ictimai yerlərdə, restoranlarda, kafelərdə və digər bir sıra deyək, ictimai iaşə obyektləri ilə yanaşı, eləcə də təhsil müəssisələrinin yaxınlığında, təhsil müəssisələrində, səhiyyə müəssisələrində siqaret çəkilməsi qadağası qüvvədədir”. O bildirib ki, Azərbaycanda da belə bir analoji qanun var:“Və gələcəkdə bu qanun, bu istiqamətdə qanun layihəsinin qəbul ediləcəyi və bir qədər də sərtləşmənin ola biləcəyi ehtimalı yox deyil. Qeyd elədiyim kimi, bizdə də ictimai yerlərdə siqaret çəkilməsi ilə bağlı qadağalar var. Təəssüflər olsun ki, bəzən o qaydaların pozulması ilə rastlaşırıq. Nəzarət bəlkə də lazım olan səviyyədə deyil, amma gələcəkdə bu cür Türkiyə Respublikasında qəbul olunacaq, nəzərdə tutulan qanunun analoji olaraq Azərbaycanda da qəbul edilməsini də istisna eləmirəm. Bu zaman bir çox hallarda qadağan olunmuş sahələr olursa, onda qara bazar, eləcə də işbazlar bundan yararlanaraq bu istiqamətdə qeyri-qanuni fəaliyyət göstərmək istəyirlər. Azərbaycanda amma hesab edirəm ki, bu mümkün olan məsələ deyil. Əgər qanun qəbul ediləcəksə, bu qanuna nəzarət rıçaqları da ciddi olmalıdır. Və əslində məqsəd insanların sağlamlığına fayda verə biləcək qərarın qəbul edilməsidir. Yəni hələ Türkiyədə müzakirə mövzusu olan bu qanunun gələcəkdə Azərbaycanda da analoji formada qəbul edilib-edilməyəcəyi hələ ki müzakirə obyekti deyil. Bu istiqamətdə digər dövlətlərin də təcrübəsindən çıxış etməklə, xüsusilə də qardaş Türkiyə Respublikasının, gələcəkdə Azərbaycanda da analoji qanunun qəbul edilməsini istisna etmirəm.”Leyla Turan

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
demokrat.az

1Mənbələr