AZ

Nəriman 90 dəqiqə oynadı, komandası mərhələ adladı

Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin formasını geyindiyi “Kolumbus Kryu” ABŞ Açıq Kubokunda növbəti oyuna çıxıb.

Publika.az xəbər verir ki, sözügedən komanda səfərdə “Riçmond Kikkeers”lə qarşılaşıb.

Görüş “Kolumbus Kryu”nun qələbəsi ilə başa çatıb – 3:0. Nəriman oyuna start heyətdə başlayıb və sona qədər oynayıb. O, ilk qolun vurulmasında iştirak edib. Belə ki, Axundzadə və Marselo Erreranın qurduğu hücumu Qyuqu Pikar qolla tamamlayıb.

“Kolumbus” qələbə sayəsində 1/16 finala yüksəlib.

Seçilən
13
6
publika.az

10Mənbələr