AZ

Nazirdən yeni QƏRAR: Bu satışdan əldə edilən gəlirdən vergi tutulacaq

İqtisadiyyat Nazirliyinin Kollegiyası "Vergi inzibatçılığının təkmilləşdirilməsi məqsədi ilə bir sıra normativ hüquqi aktların təsdiq edilməsi haqqında" qərarında dəyişiklik edib

Milli.Az xəbər verir ki, bununla bağlı nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.

Qərara əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi elektron ticarət qaydasında əl işlərinin satışından əldə edilən gəlirlərdən xərclər çıxılmadan 2% dərəcə ilə vergi tutulmaları ilə bağlı vergi orqanına bəyannamə təqdim edəcək.

Həmçinin bu satışlarla bağlı Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemindən kənar qaydada kameral və səyyar vergi yoxlamaları aparılacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
15
olaylar.az

10Mənbələr