Günəşin koronasındakı Günəş küləyi əvvəl hesab ediləndən 3–4 dəfə daha sürətli hərəkət edə bilər...
Poliqon xəbər verir ki, bu nəticəyə alimlər Avropa Kosmik Agentliyinin Proba-3 missiyasının məlumatlarını təhlil etdikdən sonra gəliblər. Məlumatı space.com yayıb.
Əvvəllər "yavaş" Günəş küləyinin sürətinin təxminən 100 km/s olduğu düşünülürdü. Lakin yeni müşahidələr göstərib ki, Günəş səthinə yaxın bölgələrdə bu sürət 480 km/s-ə qədər çata bilər ki, bu da sürətli küləyin göstəricilərinə yaxındır.
Günəş küləyi Günəşdən yayılan yüklü hissəciklər axınıdır və bütün Günəş sisteminə yayılaraq Yer kürəsinin maqnit sahəsinə təsir edir, geomaqnit qasırğalarına səbəb olur.
Tədqiqatçılar hesab edir ki, yavaş Günəş küləyi Günəş səthinə yaxın ərazilərdə maqnit xətlərinin qırılması və yenidən birləşməsi nəticəsində yaranır. Lakin bu proses hələ tam öyrənilməyib. Sürətli küləkdən fərqli olaraq, hansı ki, Günəşin yuxarı atmosferində yerləşən qaranlıq və daha soyuq "koronal dəliklərdən" çıxır, yavaş külək qeyri-bərabər şəkildə — ayrı-ayrı axınlar halında yayılır.
Qeyd olunur ki, Günəşin koronasını öyrənmək çətindir, çünki Günəş diskinin güclü parlaqlığı müşahidələrə mane olur. Bu səbəbdən əvvəllər tədqiqatlar əsasən nadir Günəş tutulmaları zamanı mümkün olurdu. Proba-3 missiyası bu problemi həll edib: iki peyk süni tutulma yaradaraq alimlərə Günəş səthinə yaxın bölgələri araşdırmağa imkan verir.
Missiya başladıqdan sonra aparat artıq onlarla belə müşahidə həyata keçirib və küləyin gözlənilməz sürətlənməsini qeydə alıb. Alimlər bildirir ki, bu, yalnız başlanğıcdır və gələcək tədqiqatlar Günəşdə baş verən proseslərin mahiyyətini daha yaxşı anlamağa kömək edəcək.
Poliqon.info