AZ

İrpen merinin müavini: Bu il şəhərimizdə Azərbaycanın sayəsində genişmiqyaslı bərpa gözləyirik

İrpen şəhər merinin I müavini Oleksandr Paşinski bu il şəhərdə Azərbaycanın sayəsində genişmiqyaslı bərpanın işlərinin aparılacağını gözlədiklərini bəyan edib.

"Report"un Şərqi Avropa bürosuna açıqlamasında O.Paşinski Ukraynaya tammıqyaslı hərbi müdaxilədən sonra şəhərin sosial infrastrukturunun 80 %-nin dağıldığını bildirib.

"Azərbaycanın sayəsində böyük lisey, mərkəzi xəstəxanamız bərpa olundu. Biz indi perspektivdə Azərbaycan ilə dörd obyektin yenidən qurulmasını planlaşdırırıq", - o deyib.

Merin müavininin sözlərinə görə, Azərbaycanın öz üzərinə götürdüyü layihələr arasında dağıdılmış yeni mədəniyyət evinin yerinə yenisinin tikintisi, bir hissəsi dağıdılmış uşaq-gənclər idman məktəbinin bərpasıdır:

"Bundan başqa Azərbaycan tərəfinin layihəsi əsasında tamamilə yeni tikiləcək art-mərkəz var. Hostomel şossesində bir böyük yaşayış binasının da tikintisi nəzərdə tutulub".

Seçilən
2
far.az

1Mənbələr