AZ

Qonşu ölkədə bütün məktəblər distant TƏHSİLƏ KEÇDİ

İranın bütün məktəblərində tədris növbəti bildirişədək onlayn rejimdə davam edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin Təhsil Nazirliyinin nümayəndəsi Əli Fərhadi məlumat verib.

Onun sözlərinə görə, məsafədən təhsil bütün səviyyələr və siniflər üzrə qüvvədə qalacaq.

Əyani dərslərin bərpası ilə bağlı qərar qəbul olunacağı təqdirdə, bu barədə şagirdlərə və valideynlərə ən azı üç gün əvvəl məlumat veriləcək.

Qeyd olunur ki, qərar ölkə üzrə internetə çıxışda davam edən fasilələr fonunda qəbul edilib. Bununla bağlı əlavə təfərrüatlar açıqlanmayıb.

Bizim.Media

Seçilən
12
bizim.media

1Mənbələr