AZ

Masallı rayon İcra Hakimiyyəti başçısı vətəndaş qəbulu keçirdi » AzadMedia.az


16 aprel 2026-cı il tarixində Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov tərəfindən növbəti vətəndaş qəbulu keçirilmişdir.

Qəbul zamanı rayon rəhbəri vətəndaşlar tərəfindən edilən müraciətləri diqqətlə dinləmiş və qaldırılan məsələlərə həssaslıqla yanaşmışdır.

Qəbulda ilk olaraq Masallı şəhər sakini torpaq məsələsi ilə bağlı müraciətini rayon rəhbərinin diqqətinə çatdırmışdır.

Növbəti müraciət Bala Təklə kənd sakini tərəfindən tikinti məsələləri ilə əlaqədar olmuşdur.

Daha sonra Həsənli kənd sakini elm və təhsil məsələsi ilə bağlı mövcud məsələni rayon rəhbərinin diqqətinə çatdırmışdır.

Eyni zamanda, Hişkədərə kənd sakini qonşuluq münasibətləri çərçivəsində yaranmış sərhəd məsələsi ilə bağlı müraciət etmişdir.

Göyəçöl kənd sakini isə yol problemi ilə bağlı müraciətini diqqətə çatdırmışdır.

Ərkivan qəsəbə sakini məşğulluq məsələsi ilə bağlı müraciətini səsləndirmişdir.

Digər vətəndaş müraciətləri də rayon İcra Hakimiyyətinin başçısı tərəfindən diqqətlə dinlənilmiş, qaldırılan məsələlərin bir qismi yerindəcə öz həllini tapmış, digər müraciətlər isə araşdırılması və müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti qurumlara yönləndirilmişdir.
Seçilən
12
1
azadmedia.az

2Mənbələr