AZ

Bakıda katarakta əməliyyatı 1 dəqiqə 39 saniyəyə icra olundu - VİDEO

Bakıda fəaliyyət göstərən İstanbul NS Klinikasında katarakta əməliyyatı rekord qısa müddətdə - 1 dəqiqə 39 saniyə ərzində uğurla icra edilib.

Əməliyyatı 20 ildən artıq təcrübəyə malik cərrah-oftalmoloq Ergün Rəşidəlizadə həyata keçirib.

Məlumata görə, katarakta görmə zəifliyinin əsas səbəblərindən biri olmaqla yanaşı, müasir tibbdə effektiv şəkildə müalicə olunan xəstəliklər sırasındadır.

Həkim qeyd edib ki, əməliyyat müddətinin qısaldılması bir sıra klinik üstünlüklər yaradır:

"Bəzi hallarda əməliyyat sedasiya və ya ümumi anesteziya altında aparılır. Bu zaman prosedurun qısa müddətdə tamamlanması narkozun təsirinin minimuma endirilməsi baxımından əhəmiyyətlidir. Eyni zamanda, əməliyyatın qısa davam etməsi göz toxumalarına düşən mexaniki yükü azaldır".

Seçilən
5
1
aznews.az

2Mənbələr