AZ

Masallıda narkotik tərkibli bitkilərin qanunsuz əkinlərinin qarşısının alınmasına həsr olunmuş tədbir keçirilib » AzadMedia.az


Masallıda “Narkotik tərkibli bitkilərin qanunsuz əkinlərinin və yabanı halda bitmiş sahələrin aşkar olunması, həmin bitkilərin məhv edilməsi, habelə bu məqsədlə hər il kompleks əməliyyat-axtarış və profilaktik tədbirlərin həyata keçirilməsi” mövzusunda tədbir

16 aprel 2026-cı il tarixdə Masallı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2025-ci il tarixli 721 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı “Narkotik tərkibli bitkilərin qanunsuz əkinlərinin və yabanı halda bitmiş sahələrin aşkar olunması, həmin bitkilərin məhv edilməsi, habelə bu məqsədlə hər il kompleks əməliyyat-axtarış və profilaktik tədbirlərin həyata keçirilməsi” mövzusunda tədbir keçirilmişdir.

Tədbiri açan Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə qarşı Mübarizə üzrə Rayon Komissiyasının katibi Azər Bəhmənov çıxışında qeyd etmişdir ki, ictimai həyatın bütün sahələrində əldə olunan böyük uğurlarla yanaşı, insanların sosial, iqtisadi və mənəvi dəyərlərinə ciddi zərbə vuran narkomaniya və narkobiznes kimi problemlər xüsusi narahatlıq doğurur. O, bu istiqamətdə səlahiyyətləri çərçivəsində bir sıra tədbirlərin həyata keçirildiyini və görülən işlər barədə Azərbaycan Respublikası Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupuna mütəmadi hesabat təqdim edildiyini bildirmişdir.
Həmçinin tədbirdə iştirak edən dövlət və ictimai təşkilatların rəhbərlərinə bu bəlanın aradan qaldırılması məqsədilə maarifləndirmə işlərinin gücləndirilməsi, narkotik tərkibli bitkilərin zərərli təsiri barədə əhali arasında geniş izahat işlərinin aparılması və belə halların aşkar edilməsi zamanı hüquq-mühafizə orqanlarına məlumat verilməsinin təmin olunması tapşırılmışdır.

Daha sonra çıxış edən Masallı Rayon Polis Şöbəsinin rəisinin şəxsi heyyət üzrə köməkçisi, polis mayoru İxtiyar Talıbov bildirmişdir ki, “Xaş-xaş-2026” şərti adı altında kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planı hazırlanmışdır. O qeyd etmişdir ki, həmin planın icrası məqsədilə polis şöbəsinin müxtəlif xidmət sahələrinin əməkdaşlarından ibarət işçi qrupları yaradılmış və bu istiqamətdə tədbirlər davam etdirilir. Bununla yanaşı, narkotik tərkibli bitkilərin qanunsuz əkinlərinin və yabanı halda bitmiş sahələrin aşkar olunaraq məhv edilməsi işində yerli icra hakimiyyəti orqanları, bələdiyyələr və digər dövlət və ictimai qurumların polis orqanlarına yaxından dəstək göstərməsinin zəruriliyi vurğulanmışdır.

Məruzəçi həmçinin qeyd etmişdir ki, narkotiklərlə bağlı hüquqpozmalara meyilli olan yetkinlik yaşına çatmayan şəxslərin yaşayış, təhsil və iş yerləri üzrə yerli icra hakimiyyəti və bələdiyyə orqanları, təhsil müəssisələri, əmək kollektivləri və aidiyyəti komissiyalar arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində müəyyən işlər görülmüş, onların profilaktik tədbirlərə cəlb olunması təmin edilmişdir.

Sonda çıxış edən Masallı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi-təşkilat və ictimai-siyasi məsələlər şöbəsi müdirinin müavini, Ərazi-təşkilat məsələləri sektorunun müdiri Nahid Həsənov qeyd etmişdir ki, narkotik tərkibli bitkilərin qanunsuz əkinlərinin və yabanı halda bitmiş sahələrin aşkar olunması işində inzibati ərazi dairəsi üzrə nümayəndəliklər, bələdiyyələrin fəal iştirakı və yaxından dəstəyi xüsusi əhəmiyyət kəsb edir.
Seçilən
11
1
azadmedia.az

2Mənbələr