AZ

Ümumdünya Şəhərsalma Forumu innovativ şəhər modellərinin tətbiqi üçün real imkanlar yaradır - RƏY

Bakı, 16 aprel, AZƏRTAC

Ümumdünya Şəhərsalma Forumu (WUF) ilk dəfə 2002-ci ildə, Keniyanın paytaxtı Nayrobidə keçirilib. Həmin tarixdən etibarən şəhərlərin inkişafı üzrə bilik və təcrübə mübadiləsinin aparılması üçün əsas beynəlxalq platformaya çevrilib. Birləşmiş Millətlər Təşkilatının Məskunlaşma Proqramı (UN-Habitat) tərəfindən təşkil olunan və iki ildən bir keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasına ilk dəfə olaraq Bakı ev sahibliyi edəcək.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Nəsib Məhəməliyev bildirib.

Onun sözlərinə görə, WUF-13 sessiyasının məqsədi sürətli urbanizasiyanın icmalar, şəhərlər, iqtisadiyyat, iqlim və siyasətə təsirini müzakirə etmək, daha təhlükəsiz, davamlı və inklüziv şəhərlər qurmaq üçün innovativ həllərin paylaşılmasının təşviqidir

"WUF13-cü sessiyası, “Hər kəs üçün yaşayış yerləri, təhlükəsiz, dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunub. Forumda sürətli urbanizasiya, yaşıl enerji, rəqəmsal şəhərsalma, tikinti, süni intellekt, inklüziv və iqlimə davamlı şəhər və icmalar yaratmaq kimi məsələlər müzakirə olunacaq. Məhz bu Forum Azərbaycanın zəngin tarixi irsi ilə müasir inkişaf dinamikasının, həmçinin ölkəmizin mədəniyyətinin, yüksək qonaqpərvərliyinin və güclü təşkilatçılıq imkanlarının dünya miqyasında tanıdılmasına şərait yaradır. Eyni zamanda, Forumun nüfuzunun və qlobal təsirinin daha da güclənməsi üçün yeni imkanlar açır”,-deyə deputat əlavə edib.

O qeyd edib ki, bu təşəbbüslər bir daha göstərir ki, mənzil təminatı və şəhərsalma artıq yalnız texniki məsələ deyil, qlobal səviyyədə strateji əhəmiyyət daşıyan və yüksək səviyyəli liderlik tələb edən sahədir. Bu baxımdan, WUF-13 müzakirə platforması olmaqla yanaşı, həm də dayanıqlı, iqlimə davamlı və innovativ şəhər modellərinin tətbiqi üçün real imkanlar yaradacaq.

Seçilən
13
1
azertag.az

2Mənbələr