AZ

Bakıda aptekdən alınan körpə qidasından QURD ÇIXIB - Şirkətdən RƏSMİ AÇIQLAMA

"Baku Kids Company" MMC şirkəti "Humana" körpə qidasında qurd aşkar edilməsi ilə bağlı mediada yayımlanan məlumatlara münasibət bildirilib.

Şirkətdən BAKU.WS-ə bildirilib ki, sözügedən iddialar həqiqəti əks etdirmir. "Humana" brendinə məxsus körpə qidaları beynəlxalq standartlara uyğun şəkildə, tam hermetik və vakumlu qablaşdırmada istehsal olunur.

Qeyd edilib ki, vakumla paketlənmiş məhsulun daxilində hər hansı canlı orqanizmin yaranması və ya inkişaf etməsi təbiət baxımdan mümkün deyil:

"Eyni zamanda, təqdim olunan videomaterialda qablaşdırmanın açılma anı əks olunmur və bu, məhsulun əvvəlcədən istifadə edilmiş ola biləcəyini göstərir.

Diqqətinizə çatdırırıq ki, süd tərkibli məhsulların xüsusiyyətləri nəzərə alındıqda, hər hansı xarici təsir və ya keyfiyyət pozuntusu baş verdiyi halda məhsulun strukturunda – rəng və konsistensiyada dəyişikliklər müşahidə olunmalıdır. Yayılan videomaterialda isə bu cür əlamətlər qeydə alınmır. Məhsulun üzərindəki son istifadə tarixinin dəyişdirilməsi ilə bağlı səsləndirilən iddiaların isə heç bir əsası yoxdur və bu cür müdaxilə istehsal və təchizat zəncirində həm texniki, həm də normativ tələblər baxımından istisna edilir. Həmçinin bildiririk ki, məhsul açıldıqdan sonra ev şəraitində düzgün saxlanılmadığı hallarda kənar təsirlər nəticəsində bu kimi hallar yarana bilər".

"Baku Kids Company" MMC olaraq qeyd edib ki, təqdim olunan görüntülər və iddialar reallığı əks etdirmir və ictimaiyyətdə əsassız narahatlıq yaratmağa xidmət edir. Şirkət öz işgüzar nüfuzunu qorumaq hüququnu özündə saxlayır və bu istiqamətdə mövcud qanunvericiliyə uyğun olaraq müvafiq məsələlərin hüquqi müstəvidə həlli üçün müraciət edəcək.

***14.04.2026...16:18

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) körpə qidasında çıxan qurdla bağlı yayılan məlumatla bağlı açıqlama verib.

BAKU.WS xəbər verir ki, qurumdan bildirilib ki, məsələ nəzarətə götürülüb və fakt üzrə araşdırmalara başlanılıb.

Qeyd olunub ki, araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlər görüləcək.

***15:54

Bakının Nərimanov rayonunda yerləşən Kanon aptekdə satılan körpə qidası ilə bağlı narahatedici iddia irəli sürülüb.

BAKU.WS-in "qaynar xətt"inə daxil olan müraciətdə bildirilir ki, Heydər Əliyev prospekti 87 ünvanına yaxın ərazidə fəaliyyət göstərən apteklərin birindən alınan körpə qidasında qurd aşkar edilib. Müraciət edən şəxs bununla bağlı video və foto sübutları "qaynar xətt"imizə göndərib.

Şikayətçi vurğulayıb ki, bu cür hal azyaşlıların sağlamlığı üçün ciddi risk yaradır və məsələnin araşdırılması vacibdir.

Seçilən
8
14
far.az

10Mənbələr