AZ

Özbaşına qızını da götürüb anasıgilə getmişdi Qubadakı hadisənin təfərrüatı

Demokrat.az saytından alınan məlumata görə, ain.az bildirir.

Quba rayonunda məişət zəminində baş verən şiddət hadisəsi ilə bağlı cinayət işi açılıb. Hadisə rayonun kəndlərindən birində, ötən ilin fevral ayında qeydə alınıb.Demokrat.az-ın əldə etdiyi məlumata görə 1993-cü il təvəllüdlü Alim (ad şərtidir) axşam saatlarında yaşadığı evdə həyat yoldaşı ilə mübahisə edib. Şəxsi münasibətlər fonunda yaranan gərginlik qısa müddətdə fiziki zorakılığa çevrilib. Mübahisə zamanı kişi qadının üz nahiyəsinə şillə və yumruqla zərbələr endirərək ona müxtəlif xəsarətlər yetirib.Faktla bağlı Alimə qarşı Cinayət Məcəlləsinin sağlamlığa qəsdən yüngül zərər vurma maddəsi ilə ittiham irəli sürülüb. Təqsirləndirilən şəxs məhkəmə ifadəsində törətdiyi əməli etiraf edərək özünü tam təqsirli bildiyini qeyd edib.O, ifadəsində göstərib ki, 2018-ci ildə Aynur ilə rəsmi ailə həyatı qurub, həmin evlilikdən 3 övladı dünyaya gəlib:“Evləndikdən sonra aramızda hər hansı mübahisə olmayıb. Lakin son bir neçə aydır ki, müxtəlif bəhanələr gətirərək Aynur mənimlə mübahisə etməyə başladı və biz boşanmaq üçün Quba Rayon Məhkəməsinə müraciət etdik”. Təqsirləndirilən şəxs deyib ki, təxminən 2025-ci ilin fevral ayının əvvəllərində Aynur özbaşına balaca qızı Elnarəni də götürərək Xaçmaz şəhərində yaşayan anasının yanına gedib:“Fevralın 10-da Aynur yenidən evə qayıtdı və onun yaşadığım evdə qalmaq istəmədiyini dedim və mübahisə etməyə başladıq. Mübahisə zamanı Aynur məni söyüb təhqir etdi. Mən Aynuru sakitləşdirməyə çalışsam da, buna məhəl qoymadı. Mən də əsəbləşərək Aynuru şillə ilə sifətindən vurdum, qolundan tutaraq yaşadığımız evdən çölə çıxardım. O, evdən getdi”. İş üzrə zərərçəkmiş Aynurun sözlərinə görə, əri Alim ilə münasibətləri əvvəllər yaxşı olsa da, sonradan aralarında tez-tez ailə münaqişələri baş verib:“Mübahisələrə səbəb Alim ilə xarakter baxımından yola getməməyim, eləcə də onun psixi problemlərinin olması olub. Münasibətlərimiz pisləşdiyindən ilk əvvəl boşanma üçün müraciət etsəm də, qaynımın təkidi ilə müraciətimi geri götürdüm. Sonra isə Alim özü boşanma üçün rayon məhkəməsinə müraciət etdi. Buna baxmayaraq biz eyni evdə yaşamağa davam etdiyimiz üçün aramızda mütəmadi mübahisələr yaranıb.” Zərərçəkmiş qeyd edib ki, təxminən 2025-ci ilin fevral ayının əvvəllərində Alim onu evdən qovduğundan Xaçmaz şəhərində yaşayan anasının yanına gedib:“Fevralın 10-da evə geri qayıtdım. Evə qayıtdıqdan sonra saat 19 radələrində aramızda təkrar mübahisələrimiz yarandı. Alim məndən evi tərk etməyimi tələb etdi. Mən isə Alimə hazırda rəsmi olaraq boşanmadığımı, məhkəmə qərar verdikdən sonra gedəcəyimi dedim. Mübahisə zamanı Alim məni şillə və yumruqla döyərək evdən çıxarmaq istədi. Mən isə məcburiyyət qarşısında qalaraq polisə zəng edərək şikayət etdim”. Bu cinayət işinə Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən də zərərçəkmiş ona qarşı şikayətini geri götürüb. Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib.Təqsirləndirilən şəxsin barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinə xitam verilib. Fariz Məlikli

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
15
demokrat.az

1Mənbələr