Redaktor.az saytından alınan məlumata görə, ain.az bildirir.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya Silahlı Qüvvələri Ukraynaya genişmiqyaslı hava hücumu həyata keçirib.
Redaktor.az xəbər verir ki, dövlət başçısı bu haqda "Telegram" kanalında paylaşım edib.
Zelenskinin sözlərinə görə, bir gün və gecə ərzində təxminən 700 Rusiya dronu, həmçinin 19 ballistik və digər qanadlı raketlər istifadə olunub.
Prezident qeyd edib ki, raketlərin böyük hissəsi Kiyev istiqamətinə yönəlib.
Aytəkin TOFİQQIZI
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.