AZ

Toya iki gün qalmış şadlıq sarayı bağlandı FOTO

ain.az xəbər verir, Ses qazeti saytına əsaslanaraq.

Bəzən gözləmədiyimiz hadisələrlə rastlaşırıq. Yəni planlaşdırırsan ki, filan yerə getməli və ya filan işi görməliyəm. Hətta adın qədər əmin olursan ki, nəzər də tutduğun işləri görə biləcəksən. Lakin məsəl var deyilir: “Sən saydığını say, gör fələk nə sayır”. Fələk elə oyun qurur ki, əmin olduğun işlər iflasa uğrayır. Misal olaraq, "Səbinə" şadlıq sarayında toy etmək və toyda əl götürüb oynamaq, yeyib, içib gözüdolusu sevinmək, şadlıq etməyi planlaşdıran toy sahiblərinin istəklərinin iflasa uğramasını göstərmək olar. Əvvəlcə onu qeyd edim ki, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. Məlumata əsasən Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 7 ünvanında fəaliyyət göstərən "Səbinə" şadlıq sarayında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib. Belə ki:- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb; - elektrik təsərrüfatı "Elektrik Qurğularının Quraşdırılması Qaydaları"nın tələblərinə uyğun quraşdırılmayıb; - obyekt ilkin yanğınsöndürmə vasitələri, daxili yanğın kranları, lülə və atıcı şlanqlarla təmin edilməyib; - obyektdə yanğın su hovuzu mövcud deyil; - təxliyə planı tərtib edilməyib.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək. Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov küçəsi, 7 ünvanında yerləşən "Səbinə" şadlıq sarayının fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Məsələ ondan ibarətdir ki, şadlıq sarayı bağlanmamışdan öncə kimlərsə oğluna, qızına toy etmək üçün vaxt müəyyənləşdirb. Təbii ki, dəvətnamələrdə paylanılıb. Bəlkə də, toyun vaxtı bu günə və yaxud sabaha təyin edilib.Sual ondan ibarətdir ki, görən dəvətnamələri paylayan toy sahibi nə edəcək? Çətin olacaq. Ən azı 300-350 nəfərə bir-bir zəng edib, deyilməlidir ki, “Səbinə” şadlıq sarayı yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud şəkil də pozduğu üçün qeyri-müəyyən müddətə qədər fəaliyyəti dayandırılıb. Deyirəm, Allah belə vəziyyətə düşən toy sahibinə səbir versin. Bununla belə, məsəl var deyərlər: “hər iş də bir xeyir var”. Bəlkə də, ən xeyirlisi budur.

İlham

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
30
22
sesqazeti.az

10Mənbələr