AZ

Rusiya Azərbaycanı itirmək istəmir...

Mətləb Salahov: “Birgə bəyanat və kompensasiya məsələsində razılığın əldə olunması ikitərfli münasibətlərin gələcəyi baxımından önəmli hadisədir”

“Azərbaycan və Rusiya Xarici İşlər Nazirliklərinin 25 dekabr 2024-cü il tarixində Rusiya hava məkanında baş vermiş insident nəticəsində Azərbaycan Hava Yolları (AZAL) şirkətinə məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə bağlı kompensasiya məsələsi üzrə mühüm razılıq əldə olunması barədə birgə bəyanatları ikitərəfli münasibətlər üçün dönüş nöqtəsi olacaq. Çünki uzun müddətdir ki, Bakı və Moskva arasındakı münasibətlərdə məhz bu məsələ ilə bağlı ciddi soyuqluq yaranmışdı. Qarşı tərəfin nəhayət ki, bu məsələdə gözlənilən addımı atması zəngin tarixi əlaqələrə malik iki ölkə arasında aktiv əlaqələrin yaranmasına zəmin yaradır. Məncə Kremldə gözəl anlayırlar ki, region üçün son dərəcə əhəmiyyətli dövlət sayılan Azərbaycanla əlaqələri bərpa etmək ilk əvvəl Rusiyanın öz geopolitik maraqları üçün çox vacibdir”.
Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov bildirib. O qeyd edib ki, qəzanın baş verdiyi ilk gündən etibarən rəsmi Bakının prinsipial mövqeyi bu məsələnin sonrakı həlli üçün önəmli fakt olub. M.Salahov qeyd edib ki, təyyarə qəzası nəticəsində həlak olan və yaralanan insanların yaxınları üçün məsələnin obyektiv şəkildə tətqiq edilməsi və ədalətli qərar qəbul olunması olduqca böyük önəm daşıyır. “Təyyarə qəzasının səbəblərinin tam və obyektiv şəkildə araşdırılması və ictimaiyyətə məlumat verilməsi, təqsirli tərəfin məsuliyyətinin birmənalı müəyyən edilməsi, zərərçəkmişlərə ədalətli və adekvat kompensasiyanın ödənilməsi əsas şərtlər kimi müəyyən edilib. Bu, birmənalı olaraq belədir. Məsələnin hazırkı həll variantı isə başlıca olaraq münasibətlərin sabitləşməsi və tarixi əlaqələrə sahib iki ölkənin problemləri geridə qoyması deməkdir.”

Afət Tahirqızı

Seçilən
13
1
sia.az

2Mənbələr