AZ

Yaşıl Kart almaq istəyən sürücülər bu sığota şirkətlərinə müraciət etməlidir RƏSMİ

ain.az, Avtosfer portalına istinadən məlumat verir.

Bir sıra vətəndaşlar Yaşıl Kart sisteminə üzv olan ölkələrə səfərlərlə bağlı məlumatsız olmalarından şikayət edir.

Avtosfer.az xəbər verir ki, İcbari Sığorta Bürosu sürücülərin bu cür səfərlərlə bağlı məlumatlandırılması məqsədilə açıqlama verib.

“Yaşıl Kart sisteminə üzv ölkələrə səfər etmək istəyən vətəndaşların nəzərinə çatdırırıq ki, bu növ üzrə “İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının (İSB) iştirakçısı olan sığorta şirkətləri bunlardır: “Atəşgah” Sığorta Şirkəti ASC, “Azərbaycan Sənaye Sığorta” ASC, “Meqa Sığorta” ASC, “Paşa Sığorta” ASC, “Qala Sığorta” ASC, “Xalq Sığorta” ASC.

Məlumat üçün bildiririk ki, İSB Yaşıl Kart sistemi üzrə əlaqələndirici, ixtisaslaşmış təşkilat kimi fəaliyyət göstərməklə Beynəlxalq Yaşıl Kart Sistemində Azərbaycanı təmsil edir”.

Qeyd edək ki, Yaşıl Kart sistemi 40-dan çox ölkəni (əsasən Avropa, eləcə də Türkiyə, Azərbaycan, İran, Mərakeş, Tunis və s.) birləşdirən beynəlxalq avtomobil sığortası sistemidir. Azərbaycan 2016-cı ildən bu sistemin üzvüdür. Sistem üzv ölkələrdə yol-nəqliyyat hadisəsi zamanı üçüncü şəxslərə dəyən zərərlərin sığortalanmasını təmin edir.

Səfər

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
3
avtosfer.az

6Mənbələr