AZ

Təcili yardım belə gəlmir Qəsəbə sakinləri yol problemindən gileyləndilər VİDEO

Avtosfer portalından alınan məlumata görə, ain.az xəbər verir.

Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində yerləşən və Milli Qəhrəman Şikar Şikarovun adını daşıyan küçənin bərbad vəziyyətdə olması sakinlərin narazılığına səbəb olub.

Vətəndaşların sözlərinə görə, onlar dəfələrlə öz büdcələri hesabına yolda təmir işləri aparsalar da, əsaslı yenidənqurma işləri görülmədiyi üçün yol qısa müddətdə yenidən sıradan çıxır. Aidiyyəti qurumlara edilən çoxsaylı müraciətlər isə hələ ki nəticəsiz qalıb.

"Bu yol artıq 15 ildən çoxdur ki, əsaslı təmir olunmayıb. Ən vacib məsələ isə bu yolun Milli Qəhrəman Şikar Şikarovun adını daşımasıdır. Onun adını daşıyan küçə bu vəziyyətdə olmamalıdır", - sakinlərdən biri Baku TV-yə söyləyib.

Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyətindən bildirilib ki, qəsəbədaxili yolların asfaltlanması Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən dövlət investisiya proqramları çərçivəsində mərkəzləşdirilmiş qaydada həyata keçirilir.

Qurumdan həmçinin əlavə olunub ki, sözügedən qəsəbədə yolun təmirinin Dövlət İnvestisiya Proqramına daxil edilməsi üçün Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti üzrə məktubla müraciət olunub.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
1
avtosfer.az

2Mənbələr