AZ

MN nin sabiq rəsmisi ilə bağlı məhkəmə prosesi başlayıb

Baku.ws saytından alınan məlumata görə, ain.az bildirir.

Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının rüşvətdə təqsirləndirilən sabiq rəisi Rasim Əlövsət oğlu Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakim Anar Rzayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Prosesdə təqsirləndirilən şəxsin vəkili Sabir Abdinov bir neçə vəsatət verib.

Vəkilin deyib ki, ittihamda müvəkkilinin Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının rəisi olmadığı müddətdə bu vəzifədə olarkən bir neçə nəfərdən rüşvət alması barədə qeydlər var.

Vəkil vəsatətində sözügedən hissənin ittihamdan xaric edilməsini xahiş edib.

Müdafiəçi digər vəsatətində isə Rasim Həsənov barəsində seçilən həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsini xahiş edib.

Məhkəmə sözügedən hissənin ittihamdan xaric edilməsi barədə vəsatəti baxılmamış saxlayıb. Rasim Həsənov barəsində seçilən həbs qətimkan təbirinin ev dustaqlığı ilə əvəz olunması vəsatəti isə təmin olunmayıb.

Tərəflər cinayət işinin məhkəmə baxışına verilməsinə etiraz etməyib, işin məhkəmə baxışına verilməsi barədə qərar qəbul olunun.

Növbəti iclas aprelin 23-nə təyin olunub.

Qeyd edək ki, Baş Prokurorluğun 2026-cı ilin aprelin 2-də yaydığı məlumatda Rasim Həsənovun Müdafiə Nazirliyinin Mərkəzi hərbi həkim komissiyasının rəisi vəzifələrində işlədiyi dövrdə vətəndaşlardan müxtəlif məbləğlərdə rüşvət alması və digər qanunsuz əməllərə yol verməsi barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başladığı bildirilib.

Məlumata görə, ibtidai istintaqla Rasim Həsənovun 2021-2025-ci illərdə sözügedən vəzifələrdə işləyərkən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ona müraciət etmiş hərbi qulluqçuların şəhadətləndirilərək tərxis olunmaları üçün ayrı-ayrı şəxslərdən müxtəlif məbləğlərdə pul vəsaitini rüşvət qismində təkrarən almasına və vəzifə saxtakarlığı törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Rasim Həsənova Cinayət Məcəlləsinin 311.3.2, 311.3.3 (təkrarən külli miqdarda rüşvət alma), 313 (vəzifə saxtakarlığı) və 341.2.3-cü (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham elan edilməklə barəsində istintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Məlumatda vurğulanıb ki, cinayət işindən oxşar xarakterli əməllərin törədilməsində iştirak etmiş şəxslərlə bağlı cinayət işi ayrıca icraata ayrılmaqla ibtidai istintaq davam etdirilir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
8
26
baku.ws

10Mənbələr