Şəmkir sakini bədbəxt hadisə nəticəsində ölüb.
7News.Az-ın məlumatına görə, hadisə aprelin 15-də rayonun Düyərli kəndində baş verib.
Kənd sakini Səhman Rəhim oğlu Rəhimovu ehtiyatsızlıqdan elektrik cərəyanı vurub. O, hadisə yerində ölüb.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.