AZ

Şahzadə Harri Avstraliyada şəxsi həyatı ilə bağlı danışıb

Bakı, 16 aprel, AZƏRTAC

Böyük Britaniya kral ailəsinin üzvü Harri Avstraliyaya səfəri zamanı şəxsi həyatı ilə bağlı diqqətçəkən açıqlamalar verib. AZƏRTAC xəbər verir ki, şahzadə həyat yoldaşı Meqan Markl ilə birlikdə dörd günlük səfərdə iştirak edir.

Məlumata görə, kişilərin sağlamlığına həsr olunmuş tədbirdə çıxış edən Harri atalıq mövzusuna toxunub. O bildirib ki, övladlarının doğulmasından əvvəl keçmiş travmaların təsirini azaltmaq üçün terapiya alıb.

Harri qeyd edib ki, psixoloji hazırlıq onun ata roluna uyğunlaşmasına kömək edib və ailə həyatında daha balanslı olmasına şərait yaradıb.

Qeyd edək ki, cütlüyün Avstraliyaya səfəri çərçivəsində bir sıra ictimai və xeyriyyə tədbirlərində iştirakı planlaşdırılıb.

Seçilən
2
1
azertag.az

2Mənbələr