AZ

Sabiq "Liverpul"lu karyerasını başa vurdu

"Liverpul"un keçmiş yarımmüdafiəçisi Conjo Şelvi karyerasını başa vurub. 

Fanat.Az xəbər verir ki, ingilis futbolçu qərarını sosial şəbəkə hesabı üzərindən paylaşıb.

Şelvinin son klubu BƏƏ-nin üçüncü divizionunda çıxış edən "Arabian Felkons" olub. 34 yaşlı veteran futbolçu əmirlik təmsilçisində baş məşqçi vəzifəsində çalışacaq. 

Şelvi 2010-2013-cü illərdə "Liverpul", 2013-2016-cı illərdə "Suonsi Siti" və 2016-2023-cü illərdə "Nyukasl" klublarında oynayıb. Karyerasının sonuna yaxın o, qısa müddətə Türkiyədə "Rizəspor" və "Eyüpspor" klublarında çıxış edib. 

Seçilən
4
2
fanat.az

3Mənbələr