AZ

Deputat Elnarə Akimova “Gününsəsi” ni təbrik etdi

Gununsesi saytından alınan məlumata görə, ain.az bildirir.

Gununsesi.info saytının on illik yubileyi münasibətilə səmimi təbriklərimi çatdırıram. Media çoxsəsliliyi içrə öz səsi, individual obrazı ilə seçilmək asan iş deyil.

Bu sözləri saytımıza açıqlamasında deputat Elnarə Akimova deyib.

O bildirib ki,  Gununsesi.info bunu bacarıb. Ötən on il ərzində bu media orqanı milli informasiya məkanında özünəməxsus yer tutaraq operativlik, obyektivlik və peşəkarlıq prinsiplərinə sadiqliyi ilə seçilmiş, cəmiyyətin müxtəlif təbəqələrinin etibarlı informasiya mənbələrindən birinə çevrilmişdir. Eləcə də müasir dövrün tələblərinə uyğun şəkildə fəaliyyət göstərərək ictimai fikrin formalaşmasında, milli maraqların qorunmasında və vətəndaş cəmiyyətinin inkişafında mühüm rol oynamışdır.

Xanım deputat eyni zamanda deyib:

“Gununsesi.info-nun kollektivi daim cəmiyyətin nəbzini tutaraq həssas mövzulara toxunmuş, amma məsuliyyət hissini öndə tutaraq milli-mənəvi dəyərlərin təbliğində və ictimai dialoqun genişlənməsində əhəmiyyətli mövqe sərgiləmişdir.

Əminəm ki, bu uğurlu fəaliyyət gələcəkdə də davam edəcək, sayt yeni nailiyyətlərə imza ataraq oxucuların etimadını daha da doğruldacaqdır. Bu münasibətlə hörmətli baş redaktor Pərviz Həşimlini və bütün sayt kollektivini təbrik edir, onlara möhkəm cansağlığı, yaradıcılıq uğurları və tükənməz enerji arzulayıram!”.

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
21
icma.az

1Mənbələr