AZ

ÇL-də həftənin ən yaxşısı adına namizədlər açıqlandı - Arda Gülər yoxdur

UEFA Çempionlar Liqasında 1/4 final mərhələsinin cavab matçlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Teleqraf turnirin rəsmi saytına istinadla xəbər verir ki, namizədlər Osman Dembele (PSJ), Maykl Olise ("Bavariya"), Dani Olmo ("Barselona") və Martin Subimendidir ("Arsenal").

Maraqlıdır ki, Çempionlar Liqasının 1/4 final mərhələsinin "Bavariya" ilə cavab oyununda dublla yadda qalan "Real Madrid"in futbolçusu Arda Gülər siyahıda yer almayıb.

UEFA-nın saytında keçirilən səsvermədən sonra qalibin adı açıqlanacaq.

Seçilən
10
1
teleqraf.com

2Mənbələr