AZ

AAYDA azad edilmiş ərazilərdə görülən işlər barədə məlumat yayıb

Xalq qazeti saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Azərbaycanın azad edilmiş ərazilərində ümumi uzunluğu 3 878,1 km olan 68 layihə üzrə tikinti işlərinin aparılması nəzərdə tutulur.

XQ xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, hazırda azad edilmiş ərazilərdə ümumi uzunluğu 2 432,8 km olan 38 layihə üzrə tikinti işləri davam etdirilir:

"Ümumi uzunluğu 71,2 km olan 48 tunelin tikintisi nəzərdə tutulur. Ümumi uzunluğu 13,6 km olan 7 tunelin tikintisi başa çatdırılıb. Ümumi uzunluğu 57,6 km olan 41 tunelin tikintisi isə davam etdirilir".

AAYDA-dan bildirilib ki, Qarabağ v ə Şərqi Zəngəzurda ümumi uzunluğu 9 581,6 metr olan 447 körpünün tikintisi nəzərdə tutulur: "Ümumi uzunluğu 8 839,1 metr olan 392 körpü artıq inşa edilib. Ümumi uzunluğu 3 871 metr olan 16 viadukun tikintisi nəzərdə tutulur. Ümumi uzunluğu 1 965 metr olan 9 viadukun tikintisi başa çatdırılıb".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
18
xalqqazeti.az

10Mənbələr