AZ

Nəticəsiz qalan ABŞ İran danışıqları və Amerika seçicisinə verilən mesaj (MÜSAHİBƏ)

Qaynarinfo saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

ABŞ-İran arasında uzun müddətdir davam edən gərgin münasibətlər fonunda baş tutan danışıqlar beynəlxalq ictimaiyyət tərəfindən diqqətlə izlənilir. Xüsusilə ilk raundun nəticələri tərəflərin gələcək addımlarını və ümumi prosesin istiqamətini müəyyənləşdirmək baxımından mühüm əhəmiyyət daşıyır. Bununla belə, ilkin mərhələdə konkret razılaşmanın əldə olunmaması müəyyən suallar doğurur və bu vəziyyətin səbəblərini təhlil etməyi zəruri edir.

Siyasi şərhçi Qulamhüseyn Əlibəyli bu məsələni Qaynarinfo-ya şərh edib.

- ABŞ-İran danışıqlarının ilk mərhələdə nəticəsiz qalmasının əsas səbəbləri nələrdir? 

- İlk raundun nəticəsiz qalması əsasən tərəflərin maksimalist mövqelərindən irəli gəlir. Həm ABŞ, həm də İran danışıqlara öz şərtlərini qəbul etdirmək niyyəti ilə qatılıb və qarşı tərəfə təzyiq ritorikasından istifadə edib. Bu isə kompromis imkanlarını məhdudlaşdırıb. Ümumiyyətlə, uzun müddət qarşıdurmada olan tərəflər arasında ilk görüşlər daha çox mövqelərin nümayişi xarakteri daşıyır və dərhal razılaşma əldə olunması real sayılmır. 

- Donald Trampın danışıqlarla bağlı açıqlamaları hansı məqsədlərə xidmət edir? 

- Trampın açıqlamaları həm daxili, həm də beynəlxalq auditoriyaya yönəlib. Bir tərəfdən, o, ABŞ-ın danışıqlara açıq olduğunu göstərməyə çalışır, digər tərəfdən isə sərt ritorika ilə İran üzərində təzyiqi qoruyur. Bu bəyanatlar eyni zamanda ABŞ seçicilərinə və müttəfiqlərə mesaj xarakteri daşıyır və Vaşinqtonun müharibədən çox diplomatiyaya üstünlük verdiyini nümayiş etdirmək məqsədi güdür. 

- Hörmüz boğazı ətrafında baş verən proseslər danışıqların gələcəyi barədə nə deyir? 

- Hörmüz boğazı ilə bağlı gərginliyin qismən azalması tərəflər arasında pərdəarxası diplomatik təmasların nəticə verməyə başladığını göstərir. Bu, kiçik, amma mühüm güzəşt kimi qiymətləndirilə bilər və gələcəkdə daha geniş razılaşmalar üçün zəmin yaradır. Belə addımlar danışıqların davam edəcəyini və müəyyən mərhələdə kompromis ehtimalının mövcud olduğunu göstərir.

Siyasət şöbəsi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
qaynarinfo.az

1Mənbələr