AZ

"PAŞA Kapital"ın xalis mənfəəti artıb- ŞİRKƏTİN MALİYYƏ VƏZİYYƏTİ

"PAŞA Kapital İnvestisiya Şirkəti" QSC 2025-ci ili 2 milyon 542 min manat xalis mənfəət ilə başa vurub. Şirkət 2024-cü ili 2 milyon 251 min manat xalis mənfəəət ilə bağlamışdı. Beləliklə, "PAŞA Kapital"ın xalis mənfəəti 2025-ci ildə 2024-cü illə müqayisədə 291 min manat və ya 12,9% artıb.

Marja.az-ın Şirkətin maliyyə hesabatlarına istinadən məlumatına görə, "PAŞA Kapital"ın faiz gəlirləri 2024-cü ildə 4 milyon 544 min manat ikən, 2025-ci ildə 3 milyon 644 min manat təşkil edib (899 min manat və ya 19,8% azalıb). Ötən il Şirkətin faiz xərcləri isə 1 milyon 658 min manat və ya 132% azalaraq 1 milyon 254 min manata düşüb. Xərlər gəlirlərdən daha çox azaldığına görə, şirkətin xalis faiz gəliri artıb. 

"PAŞA Kapital"ın haqq və komissiya gəlirləri 2025-ci ildə 2024-cü illə müqayisədə 592 min manat və ya 10,8% artaraq 6 milyon 59 min manat təşkil edib. 

31 dekabr 2025-ci il tarixində "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC 64 milyon 782 min manat cəmi aktivlərə malik olub. Şirkət 2024-cü ilin sonunda 64 milyon 74 min manat cəmi aktivlərə malik idi. 

İş elanları AzVak.az-da

PASHAKapital2025 PASHAKapitalmənfəət2542minmanat investisiyaşirkətimənfəəti PASHAKapitalxalismənfəətartımı PASHAKapitalfaizgəlirləri PASHAKapitalkomissiyagəlirləri investisiyaşirkətləriAzərbaycan maliyyəhesabatı2025 PASHAKapitalaktivlər64782minmanat kapitalbazarlarıAzərbaycan investisiyaşirkətianaliz PASHAKapitalfaizxərcləriazalma xalisfaizgəliriartımı maliyyəsektoruAzərbaycan kapitalbazarınınkişafı investisiyaşirkətimaliyyəgöstəriciləri PASHAKapitalhesabat Azərbaycaniqtisadixəbərlər maliyyəanalizi2025 investisiyaaktivləri PASHAKapitalgəlirstrukturu
Seçilən
13
1
marja.az

2Mənbələr