AZ

Azərbaycanın pambıq ixracı və idxalı artıb

BAKI, 16 aprel. TELEQRAF

Bu ilin ilk 3 ayında Azərbaycan 70 milyon 067.93min ABŞ dollar dəyərində pambıq ixrac edib.

Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 47.81% çoxdur. Belə ki, ötən ilin yanvar–mart aylarında pambıq ixracının dəyəri 203 milyon 23.14 min ABŞ dolları təşkil edib.

Hesabat dövründə pambıq idxalının dəyəri isə 2 milyon 735.18 min ABŞ dolları olub. Bu isə 2025-ci ilin göstəricisinə nisbətən 24.09% çoxdur.

Qeyd edək ki, yanvar-mart aylarında pambıq üzrə ixrac Azərbaycanın ümumi ixracının 1.30%-ni, idxal isə ümumi idxalın 0.07%-ni təşkil edib.

Seçilən
14
teleqraf.com

1Mənbələr