AZ

Ejei: ABŞ İrana ultimatum verə bilməz, Hörmüz əlimizdədir

BAKI, 16 aprel. TELEQRAF

“Hörmüz boğazına nəzarət və bütün cəbhələrdə təşəbbüs İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) əlindədir, amerikalılar bizə ultimatum verə bilməzlər”.

Teleqraf xəbər verir ki, bunu İranın məhkəmə sisteminin rəisi Qulamhüseyn Mohseni-Ejei deyib.

Həmçinin o, ABŞ və İsraillə əməkdaşlıq edən ölkə vətəndaşlarına qarşı sərt tədbirlərin görüləcəyini bildirib:

“Düşmənlə əməkdaşlıq edənlərin davranışlarını kiçiltmək olmaz. Qanun düşmənə məlumat ötürən şəxsin taleyini aydın şəkildə müəyyən edib. Bu məsələdə heç bir yumşaqlıq və güzəşt olmamalıdır. Düşmənə bir ünvan göndərməklə kömək edən şəxs az iş görmüş sayılmaz”.

Seçilən
19
teleqraf.com

1Mənbələr