AZ

Parisdən qəribə Hörmüz açıqlaması

Paris rəhbərliyi, ABŞ və İsrailin İranla müharibəsi səbəbindən enerji tədarükünün kəsildiyi və İran tərəfinin keçid haqqı almaq istədiyi Hörmüz boğazına giriş-çıxış üçün ediləcək hər hansı ödənişə qarşı olduğunu bildirib.

"Cebheinfo.az" xəbər verir ki, hökumət sözçüsü Mod Brejon BFMTV-də qatıldığı proqramda, Maliyyə naziri Roland Leskyurun Hörmüz boğazından keçidlərlə bağlı mübahisə yaradan ifadələrindən sonra Paris hökumətinin bu mövzuda mövqeyinin dəyişməz qaldığını qeyd edib.

"Biz, həmişə olduğu kimi, hər cür keçid haqqına və gömrük rüsumuna qəti şəkildə qarşıyıq. Hörmüz boğazında hər cür məhdudiyyətdən kənar gəmiçilik azadlığının təmin olunmasının tərəfdarıyıq və bunu müdafiə edirik", - deyə Brejon bildirib.

Maliyyə naziri Leskyurun dünən Vaşinqtonda BMF və Dünya Bankının Bahar Toplantılarında etdiyi çıxışda "hər kəsin Hörmüz boğazından keçid haqqı ödədiyini və Fransanın da hazırda ödəniş etdiyini" iddia edən sözlərinə toxunan sözçü Brejon bu ifadələri qeyd edib:

"Roland Leskyurun demək istədiyi budur ki, fransızlar əslində onsuz da ödəyirlər; iqtisadiyyatımız əslində artıq Hörmüz boğazında baş verənlərin nəticələrini (maliyyə olaraq) ödəyir".

Brejon Maliyyə naziri Leskyurun ifadələrinin yorğunluqdan qaynaqlana biləcəyi barədə şərh verib.Mövzunun Fransa ictimaiyyətində mübahisə yaratmasından sonra Leskyurun Hörmüz boğazı keçid haqları ilə bağlı çıxışına aid görüntülərin milli yayım orqanlarından silindiyi müşahidə olunub.

Seçilən
23
1
cebheinfo.az

2Mənbələr