"Real Madrid"in baş məşqçi postunda dəyişiklik gözlənilir.
Offsideplus.az xəbər verir ki, Alvaro Arbeloanın rəhbərliyi altında UEFA Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya məğlub olaraq (ümumi hesab 4:6) turnirlə vidalaşan "kral klubu" artıq yeni namizədləri müəyyənləşdirib.
Bu barədə "The Athletic" portalı məlumat yayıb.
Namizədlər bunlardır: Yurgen Klopp, Zinəddin Zidan, Didye Deşam, Mauritsio Poçettino
Rəhbərlik Arbeloanın gedişindən sonra komandanı yenidən zirvəyə daşıyacaq təcrübəli bir məşqçi gətirməkdə qərarlıdır.