AZ

Azərbaycanın iqlim öhdəlikləri və “Merlər Razılaşması” çərçivəsində yaşıl keçid təşəbbüsləri müzakirə olunub

Merlər Razılaşması (Covenant of Mayors for Climate & Energy) dünyanın ən iri iqlim və enerji təşəbbüslərindən biridir. Bu qlobal platforma 13 mindən çox şəhəri, həmin şəhərlərdə fəaliyyət göstərən çoxsaylı institutları və ümumilikdə 1 milyarddan çox insanı əhatə edir.

Mövzu ilə bağlı  “Demokratik Azərbaycan Naminə” Gənclərin İctimai Birliyinin (DANİB) sədri, siyasi analitik Elməddin Behbud öz fikirlərini bildirib.

QHT.az həmin fikirləri təqdim edir:

"Dünyanın ən iri iqlim və enerji təşəbbüslərindən olan  
Merlər Razılaşması dünyanın 13 mindən çox şəhərini, ordakı çoxsaylı institutları və onların 1 milyardan çox sakinini əhatə edir.

2016-cı ildə Paris İqlim Sazişinə qoşulan Azərbaycan 1990-cı baza ili ilə müqayisədə 2030-cu ilə qədər İEYQ emissiyaları miqdarının 35% azaldılması ilə bağlı könüllü öhdəlik götürüb. 2021-ci ildə isə Qlazqoda keçirilmiş BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 26-cı Sessiyası (COP26) zamanı Azərbaycan 2050-ci ilə qədər İEYQ emissiyaları miqdarının 40% azaldılması və işğaldan azad edilmiş əraziləri “xalis sıfır emissiya” zonası elan etməklə könüllü öhdəliklərini yeniləyib.

Merlər Razılaşmasının Şərq Tərəfdaşlığı ölkələrindən olan Azərbaycan iqlim dəyişikliyinin təsirinin azaldılması və bu dəyişikliyin təsirlərinə uyğunlaşma üçün ardıcıl tədbirlər həyata keçirir. Bu cəhətdən növbəti seminar da çox maraqlı və faydalı oldu".

Seçilən
24
qht.az

1Mənbələr