AZ

BMT sülhməramlılarından Şimali Kiprə qarşı təxribat cəhdi - Türkiyə dərhal F-16-ları havaya qaldırdı…



BMT sülhməramlıları Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Çayhan-Düzü rayonunu adanın bufer zonasının bir hissəsi elan etməyə cəhd edib. Ancaq Türkiyə ordusu bunun qarşısını alıb.

Çayhan-Düzündə Türkiyə bayrağı qaldırılıb və Türkiyə ordusuna məxsus iki F-16 qırıcısı havaya qaldırılıb.

Şimali Kipr Xarici İşlər Nazirliyi BMT sülhməramlılarının hərəkətlərini qətiyyətlə pisləyərək onları “qəbuledilməz” adlandırıb.

ŞKTC Prezidenti Tufan Erhürman bildirib: “Lefkosa heç vaxt gərginliyin tərəfdarı olmayıb və olmayacaq”. Şimali Kiprin Baş naziri Ünal Üstel isə bəyan edib ki, ölkənin sərhədlərini qorumaq üçün qətiyyətli tədbirlər davam edəcək.

Bu arada, Ankara BMT sülhməramlılarını türk xalqının gözündə nüfuzlarını bərpa etməyə və neytral davranmağa çağırıb.

ZÜMRÜD

Seçilən
5
2
baki-xeber.com

3Mənbələr