AZ

Gədəbəydə 1 yaşlı körpə nədən ölüb?

Gədəbəydə ötən gün 2025-ci il təvəllüdlü körpə hərarət, təngənəfəslik və digər şikayətlərlə ağır vəziyyətdə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

"Yeni Sabah" xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat yayıb.

Ona bronxlarda yaranan irinli ifrazat, qıcolma və asfiksiya diaqnozu təyin edilib.

Aparılan reanimasiya tədbirlərinə və həkimlərin çoxsaylı səylərinə baxmayaraq, saat 03:30 radələrində azyaşlının bioloji ölüm faktı qeydə alınıb.

Xatırlatma: aprelin 15-i saat 05 radələrində Kiçik Qaramurad kənd sakini, 2025-ci il təvəllüdlü Rəsul Əsədov xəstəxanada qızdırmadan ölüb.

Araşdırmaları rayon prokurorluğu aparır.


Telegram kanalımız
Seçilən
16
7
yenisabah.az

10Mənbələr